Süni İntellekt Xidmətlərimiz
Advocotek olaraq, böyük dil modellərini işinizin öz verilənləri və sistemləri ilə işləyəcək şəkildə uçdan-uca tətbiq edirik. Fine tuning-dən server optimallaşdırmasına, CRM/ERP inteqrasiyasından canlı demoya qədər bütün prosesi biz idarə edirik.
Öz lokal serverimizdə işləyən bir modeli canlı olaraq sınaya bilərsiniz.
Prompt Engineering
Sistem promptlarını, alət (tool) tərifllərini və söhbət axınını modelin dəqiqliyini, təhlükəsizliyini və ardıcıllığını maksimum dərəcədə artıracaq şəkildə dizayn edir və test edirik. Çox vaxt fine tuning-ə ehtiyac qalmadan sürətli və ölçülə bilən nəticə əldə olunmasını təmin edir.
Fine Tuning (SFT və GRPO)
Açıq mənbəli dil modellərini, Supervised Fine-Tuning (SFT) və GRPO ilə şirkətinizin öz verilənləri, terminologiyası və iş proseslərinə uyğun öyrədirik. Ümumi məqsədli modeli sizin sahənizdə ixtisaslaşmış bir köməkçiyə çeviririk.
Quraşdırma və Optimallaşdırma
Modelləri öz serverlərinizdə və ya seçdiyiniz infrastrukturda, aşağı gecikmə və yüksək səmərəlilik üçün optimallaşdıraraq tətbiq edirik. Avadanlıq seçimi, quantization və inference mühərriki tənzimləmələri ilə xərci və sürəti tarazlaşdırırıq.
Backend Sistemləri ilə İnteqrasiya
Süni intellekt köməkçilərini CRM, ERP, Ticketing və Sənəd İdarəetməsi kimi öz sistemlərinizlə inteqrasiya edirik. Model verilənlərinizə çata bilir, alət (tool) çağıra bilir və mövcud iş axınlarınızın bir hissəsinə çevrilir.
Süni intellekt layihəniz üçün ehtiyaclarınızı müzakirə edək.